
“Real”ın sabiq futbolçusu vəfat edib
“Real”ın sabiq futbolçusu Xose Santamaria 96 yaşında vəfat edib.
Komanda.az xəbər verir ki, “kral klubu”nun mətbuat xidməti keçmiş oyunçunun ölümü ilə bağlı bəyanat yayıb:
“Klubumuz başsağlığı verir. Santamaria “Real”ın və dünya futbolunun əfsanələrindən biri idi. O, bir neçə dəfə Avropa kubokunu qazanan komandanın tərkibində olub”.
İspaniyalı keçmiş futbolçu “Real”la birlikdə 6 ölkə çempionluğunu və 4 dəfə Avropa kubokunu qazanıb.
“Real” bu gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında səfərdə “Bayern”lə qarşılaşacaq. İlk oyunda madridlilər 1:2 hesabı ilə məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



