“Real”ın keçmiş futbolçusu avtomobil qəzasında öldü

Kolumbiya milli komandasının və “Real”ın keçmiş futbolçusu Freddi Rinkon 55 yaşında vəfat edib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi qəza nəticəsində aldığı xəsarətlər səbəbindən ölüb.

Aprelin 11-də Rinkonun avtomobili Kalidə (Kolumbiya) avtobusla toqquşub. O, reanimasiyaya aparılsa da həyatını xilas etmək mümkün olmayıb.

Rinkon 1995-1996-cı illərdə “Real”da çıxış edib. Mərhum futbolçu 1986-2004-cü illər arasında davam edən karyerası ərzində “Napoli”, Kolumbiya və Braziliya klublarında çıxış edib. O, 1990-2001-ci illərdə Kolumbiya millisinin formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button