“Real” Mourinyoya görə 15 milyon avro ödəməli olacaq

“Real” baş məşqçi postuna Joze Mourinyonu gətirmək üçün əlavə xərc çəkməli olacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

Bildirilir ki, Madrid təmsilçisi prezident seçkilərinə qədər Mourinyo ilə rəsmi müqavilə bağlaya bilmədiyi üçün onun “Benfika” ilə müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği artıb.

Əvvəlcə müqavilədə təxminən 6 milyon avroluq təzminat maddəsi yer alırdı. Ancaq bu məbləğ yalnız mövsüm başa çatdıqdan sonra 10 iş günü ərzində qüvvədə idi. Həmin müddətin başa çatması səbəbindən indi Madrid təmsilçisi portuqaliyalı mütəxəssisin keçidi üçün daha 9 milyon avro əlavə ödəməli olacaq. Beləliklə, “Real” Mourinyonu komandaya gətirmək istəsə, ümumilikdə 15 milyon avro təzminat ödəməli olacaq.

“Real”da prezident seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə hazırkı prezident Florentino Peres və enerji şirkəti rəhbəri Enrike Rikelme mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button