“Real” Mbappenin transferinə hazır deyil!

Uzun müddətdir PSJ-dən Kilian Mbappeni transfer etmək istəyən “Real”ın bu arzusu gerçəkləşməyə bilər.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, maliyyə məsələləri “kral klubu”na ciddi mane olur. Belə ki, koronavirusun vurduğu zərəri aradan qaldırmağa çalışan klub, həm də, hazırda yeni stadionun tikintisiylə məşğuldur. Bu baxımdan “Real” ciddi problemlərlə üzləşib. Transfer məbləğinin çox olması, həmçinin “Real”ın hazırda böyük keçidlər üçün hazır olmaması səbəbiylə Mbappe planı pozula bilər.

PSJ ilə müqaviləsi 2022-ci ilin yayınadək olan Mbappe, klubla yeni müqavilə imzalamayıb. Onun Paris təmsilçisindən ayrılmaq barədə düşündüyü bildirilir.