“Real” kiminsə köməyi ilə deyil, öz əziyyətiylə çempion oldu” – Kapello

“Real”ın keçmiş baş məşqçisi Fabio Kapello İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca” nəşrinə danışan 74 yaşlı mütəxəssis, “Real”ın La Liqada çempionluğa layiq olduğunu deyib:

“Real” çempionluğa layiq idi. Ən yaxşı futbolu göstərdilər, çox qol vurdular, az da buraxdılar. “Real” “Barselona”nın hakimiyyətinə son qoydu və onların enişindən faydalandı. Ancaq bir şeyi dəqiq demək lazımdır ki, “Real” kiminsə köməyi ilə deyil, öz əziyyətiylə çempion oldu.

“Barselona” çətin vəziyyətdədir, bu hala necə düşdüklərini anlamırlar. Mənim üçün Ernesto Valverdenin ayrılması sürpriz oldu. Daha sonra Kike Setyen tamam başqa fəlsəfə ilə gəldi və komandada parçalanma oldu. “Barselona”nın yaxşı futbolçuları var, çoxu da köhnələrdir”.

La Liqada son mövsümdə “Real” 1-ci, “Barselona” isə 2-ci olub. Kapello 1996/97 və 2006/07 mövsümündə “Real”ı çalışdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button