AÇ-2020: “Real”ın hücumçusu ən yaxşı seçildi

AÇ-2020-nin F qrupu çərçivəsində keçirilmiş Portuqaliya – Fransa matçının ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, Fransa yığmasının hücumçusu Kərim Benzema bu görüşün ən yaxşısı seçilib.

Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında əsas pay sahiblərindən biri olub. Belə ki, fransızların hər iki qolunu məhz Benzema vurub.

Qeyd edək ki, Portuqaliya – Fransa matçı 2:2 hesabıyla başa çatıb.