“Real”ın futbolçusu sıradan çıxıb

“Real”ın sol cinah müdafiəçisi Ferlan Mendi zədələnib.

Komanda.az xəbər verir ki, fransalı futbolçunun La Liqanın 17-ci turunun “Vilyarreal”la matçında (4:1) sağ ayağında problem yaranıb. 28 yaşlı oyunçunun təxminən 10 gün yaşıl meydanlardan kənarda qalacağı bildirilib.

Mendi bu mövsüm 14 oyunda iştirak edib.

Müdafiəçi 2019-cu ildən “kral klubu”nda çıxış edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button