“Hiss olunur ki, nəsə çatışmır” – Marselo

“Real”ın futbolçusu Marselo İspaniya La Liqasının 9-cu turunda “Malyorka”ya məğlub olduqları oyundan sonra fikirlərini bildirib.

Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, braziliyalı müdafiəçi 0:1 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

“Məğlub olduq, ancaq irəliləməyə davam etməliyik. Məğlub olmaq təbii ki, incidir. Oyuna yaxşı başlamışdıq, ancaq rəqib erkən qol vurdu və çaşqınlıq oldu. Sonrada bərabərliyi yaratmağa çalışdıq, amma olmadı.

Bundan başqa oyunlarımız da olub ki, qələbə qazanmışıq, ancaq hiss olunur ki, nəsə çatışmır. Qazanmaq üçün hər şeyi edirik. La Liqa hazırda çox çətinləşib”.