Marselo “Real”ı 20 min avro xərcə saldı

“Real”ın futbolçusu Marselo Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində “Çelsi”yə qarşı keçirəcəkləri səfər matçında iştirak edə biləcək.

Komanda.az xəbər verir ki, mayın 4-də, Madriddə keçiriləcək seçkilərdə nəzarətçi təyin olunan braziliyalı futbolçu bir gün sonrakı oyuna xüsusi təyyarə ilə aparılacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. “Real” Marselonu gətirəcək təyyarəyə 20 min avro ödəyəcək.

Mayın 4-də, saat 08:00-dan 21:00-a qədər seçki məntəqəsində qalmalı olan Marselo, bir gün sonra keçiriləcək “Çelsi” – “Real” matçında iştirak edə biləcək.

Marselo seçkilərdə iştirak etməkdən imtina edib, “Çelsi” ilə matça gedəcəyi halda, 1-3 illik həbs oluna və ya pul cəzasına məruz qala bilərdi. “Real” klubu Marselonun Çempionlar Liqası matçında iştirak etməsi üçün onu xüsusi təyyarə ilə Londona gətizdirəcək.

“Real” ilk oyunda “Çelsi” ilə qollu bərabərə qalıb – 1:1. Komandalar arasındakı cavab matçı mayın 5-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button