Benzemanın evi qarət olundu

“Real”ın futbolçusu Kərim Benzemanın evi qarət olunub.

Komanda.az xəbər verir ki, hadisə “Real”ın La Liqanın 23-cü turu çərçivəsində “Elçe”yə qarşı keçirdiyi oyun (2:2) zamanı baş verib. Bu barədə “Marca” nəşri məlumat yayıb.

Benzema “Elçe” ilə oyunun start heyətində yer alıb və 58-ci dəqiqədə zədə səbəbindən meydanı tərk edib.

Quldurlar futbolçunun evinə baxçadan girib. Evdən oğurlanan əşyalar haqda məlumat yoxdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button