Benzema üçün İngiltərə variantı

“Real”ın futbolçusu Kərim Benzema karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az xəbər verir ki, fransalı hücumçu ilə “Liverpul” klubu yaxından maraqlanır. Bu barədə “El Nacional” nəşri məlumat yayıb.

“Real” yayda heyətinə PSJ-dən Kilian Mbappeni qatmaq istəyir. Benzema həmyerlisinin keçidindən sonra az şans qazanmaq ehtimalını nəzərə alaraq, “kral klubu”nu tərk etmək istəyə bilər. “Liverpul” Benzemanın bu vəziyyətindən istifadə edərək, onu heyətinə cəlb etmək istəyir.

33 yaşlı hücumçu ilə PSJ də maraqlanır. Lakin “Real” rəhbərliyi Benzemanı PSJ-yə satmaq niyyətində deyil.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button