Benzema: “Ronaldo mənim kimi oynaya bilməz”

“Real”ın futbolçusu Kərim Benzema açıqlama verib.

Komanda.az xəbər verir ki, “Marca”ya danışan fransalı hücumçu, portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə müqayisə olunmasına münasibət bildirib:

“Ronaldo “Real”da oynayanda mövümdə 50, 60 qol vururdu. Həmin dövrdə komandaya uyğunlaşmaqda çətinlik çəkirdim. Rəqibin meydançasında çox hərəkət etməli, boşluqlar yaratmalı idim. O gedəndən sonra isə vəziyyət dəyişdi və mən ön plana çıxdım.

Mənim fikrim qol vurmaq, komanda yoldaşlarıma kömək etmək idi. Zamanla artıq hər şey qaydasına düşdü. Mən Ronaldo kimi oynaya bilmərəm, Ronaldo da mənim kimi oynaya bilməz”.

Benzema bu mövsüm “Real”la 26 oyunda 23 qol vurub, 9 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button