Zidan: “İstədiyim dəyişikliyi edə bilməsəm…”

“Real”ın baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlama verib.

Komanda.az xəbər verir ki, İspaniya mətbuatına danışan Zidan, heyəti formalaşdırmaqda heç kimin onun işinə qarışmayacağını deyib:

“Gələcək mövsümün əvvəlində 1-ci və 2-ci qapıçı seçimimi edəcəm. Bu mənim qərarım olacaq. İstədiyim dəyişikliyi edə bilməsəm, ayrılaram. Transferləri rəhbərliklə birgə edəcəyik. Ancaq meydana çıxacaq futbolçuları mən müəyyən edəcəm. Bu, həmişə belə olacaq.

Qaret Beyl “Betis”lə matçda bizimlə olacaq. Bu, onun son oyunu olacaqmı, bilmirəm. Mövsüm bitir və bəzi dəyişikliklər olacaq”.

“Real” – “Betis” matçı bu gün, saat 14:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button