“Bir çox komanda burda qələbə qazana bilməz” – Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidan İspaniya La Liqasının ilk turunda “Selta”nı məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, klubun saytına açıqlama verən Zidan, 3:1 hesablı qələbəni belə şərh edib:

“Oyunun əvvəlindən yaxşı “performans” sərgilədik. 10 nəfər qaldıqdan sonra bir az çətinlik çəkdik. “Selta” ilə səfərdə oynamaq çox çətindir. Bir çox komanda burda qələbə qazana bilməz. Mövsümə yaxşı hazırlaşmışdıq və qələbə də bunun nəticəsidir.

Bütün futbolçularımı səylərinə görə təbrik edirəm. Qələbənin açarı yaxşı müdafiə olunmağımız idi”.