“Hə” de, dünyanın ən çox qazanan futbolçusu ol!

“Real”dan ayrılacağı gözlənilən Qaret Beyl karyerasını Çində davam etdirə bilər.

Komanda.az xəbər verir ki, “Beytsin Qoan” klubu uelsli futbolçunu transfer etmək niyyətindədir. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb. Çin Super Liqası təmsilçisinin 30 yaşlı hücumçuya həftəlik 1 milyon funt-sterlinq qazanacağı müqavilə təklif edəcəyi bildirilir.

Hazırda “Real”da həftəlik 650 min funt-sterlinq qazanan Beyl, Çin klubundan gələn təklifi qəbul edəcəyi təqdirdə, dünyanın ən çox qazanan futbolçusu olacaq.