“Real”dan Alaba və Rodriqonun durumu ilə bağlı rəsmi açıqlama

“Real” zədəli futbolçuları – David Alaba və Rodriqonun durumu ilə bağlı rəsmi açıqlama yayıb.

Komanda.az xəbər verir ki, paytaxt klubunun rəsmi saytında hər iki oyunçunun əzələsində aşkarlanan zədənin ciddi olduğu vurğulanıb.

Onların müalicəsinə başlandığı diqqətə çatdırılıb. Amma futbolçuların dəqiq nə vaxt sıraya dönəcəyi açıqlanmayıb.

İspaniya mətbuatı isə hər iki futbolçunun təxminən bir ay müddətinə sıradan çıxdığını yazıb. Belə olan halda Avstriya yığmasının da üzvü olan Alaba böyük ehtimalla AÇ-2024-ün seçmə qrup mərhələsində Azərbaycan millisinə qarşı keçiriləcək ilk görüşü də buraxacaq. Avstriya – Azərbaycan matçı martın 24-də baş tutacaq.

Xatırladaq ki, Alaba və Rodriqo UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərə təmsilçisi “Liverpul”la görüşdə zədələniblər. David həmin matçın 27-ci dəqiqəsində əvəzlənmişdisə, Rodriqo 81-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalmışdı. “Real” bu görüşdə “Liverpul” üzərində 5:2 hesablı əzmkar qələbəyə sevinmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button