“Futbolda biz sadəcə robotlarıq” – Beyl

“Real”dakı gələcəyi müzakirə olunan Qaret Beyl açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, futbol həyatından danışan uelsli futbolçu, bunları deyib:

“Futbolda biz sadəcə robotlarıq. Qolf və ya tennisdəki kimi təqvimi müəyyən edə bilmirik. Nəyi nə zaman edəcəyimizi seçmək imkanımız yoxdur. Hər şeyi başqaları deyir, harda nə vaxt olacağını, hansı yeməyi yeyəcəyini, nə vaxt məşq edəcəyini. Həyatına nəzarətini itirmiş kimi olursan.

Uşaqlıqda ağlında bir çox düşüncə olur, amma yenə də dostlarınla əylənə, gülə bilirsən. Peşəkar olanda isə üzərində çox böyük təzyiq olur və artıq o hissi itirirsən”.

2013-cü ildən “Real”da çıxış edən Beyl, bu mövsüm iştirak etdiyi 42 oyunda 14 qol, 6 məhsuldar ötürməylə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button