“Real” onlarla yollarını ayıracaq

“Real” futbolçusu Qaret Beylin gələcəyiylə bağlı qərar verib.

Komanda.az xəbər verir ki, cari mövsümdə gözlənilən “performans”ı sərgiləyə bilməyən uelsi hücumçu, mövsümün sonunda satılacaq. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Real” Beyli sataraq, onun transferindən gələn pulu PSJ-nin hücumçusu Kilian Mbappenin keçidi üçün xərcləyəcək.

Bu mövsümdə uğursuz çıxış edən Madrid təmsilçisində, Beyllə yanaşı, İsko və Marselonun da göndəriləcəyi ehtimal olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button