Səssiz qış

“Real” qış transfer pəncərəsi dövründə heyətinə yeni futbolçular qatmayacaq.

Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. Xəbərdə, “Real”ın heyətinin güclü və yetərli olduğu bildirilir. Mövsümün əvvəlində transfer edilən, lakin hələ ki, gözlənilən səviyyəyə çatmayan Luka Yoviçin də performansının artacağı ehtimal olunur. “Kral klubu”nun baş məşqçisi Zinəddin Zidan Kərim Benzemanın yoxluğunda isə Qaret Beyl və ya Eden Hazardı hücumda oynadacaq.

“Real” La Liqada hazırda 37 xalla 2-ci sıradadır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button