“Real” “Tottenhem”in müdafiəçisi ilə maraqlanır

“Real” “Tottenhem”in müdafiəçisi Mikki van de Venlə maraqlanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu niderlandlı futbolçunu qarşıdakı qış üçün transfer hədəflərindən biri hesab edir. “Kral klubu” müdafiəçi üçün təxminən 80 milyon avro ödəməyə hazırdır.

Van de Ven 2024/25 mövsümündə “Tottenhem”in heyətində bütün turnirlərdə 22 oyun keçirib və 2 məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button