“Real” Poqbanı gözləyir

“Mançester Yunayted”in yarımmüdafiəçisi Pol Poqba hələ də “Real”ın maraq dairəsindədir.

Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, “kral klubu” 29 yaşlı futbolçunu azad agent kimi transfer etməyi düşünür. Həmçinin, “Real”ın baş məşqçisi Karlo Ançelotti də meydanın mərkəzində mövqelərini möhkəmləndirməyə çalışır.

Fransalı yarımmüdafiəçinin “Mançester Yunayted”lə müqaviləsi bu ilin yayında başa çatır.

Poqba bu mövsüm “qırmızı şeytanlar”ın heyətində bütün turnirlərdə çıxdığı 27 oyunda 1 qol vurub və 9 məhsuldar ötürmə edib.