
“Real” onu icarəyə göndərə bilər
“Real”ın yarımmüdafiəçisi Franko Mastantuono növbəti mövsümü icarə əsasında başqa klubda keçirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda “Benfika” argentinalı futbolçu üçün əsas namizəddir. Madrid klubunun yarımmüdafiəçinin inkişafı üçün bu variantı ən uyğun seçim hesab etdiyi bildirilir.
Mastantuono bu yay “River Pleyt”dən “Real”a transfer olunub. 18 yaşlı futbolçu 2025/26 mövsümündə La Liqada 23 oyunda meydana çıxaraq, 1 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” oyunçunun bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



