Ramos koronavirusa qalib gəldi

“Real” klubunda bir müddət əvvəl koronavirusa yoluxan Serxio Ramos sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə 35 yaşlı müdafiəçi özünün “tvitter” hesabında paylaşım edib. Ramos virusa qalib gəlib və artıq fərdi məşqlərə başlayıb.

Ramosda aprelin 13-də koronavirus aşkarlanmışdı.