Çempionlar Liqası matçından əvvəl “Real”da ciddi itki

“Real” klubu ciddi itkiylə üzləşib.

Komanda.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Kərim Benzema sıradan çıxıb. Bu barədə AS nəşri məlumat yayıb.

Benzema La Liqanın 16-cı turunda “Real Sosyedad”la keçirilən səfər matçında (2:0) zədələnib.

Fransalı futbolçu zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “İnter”lə (İtaliya) keçiriləcək matçı buraxa bilər.

Dekabrın 7-də keçiriləcək “Real” – “İnter” matçı saat 00:00-da başlayacaq.