“Real” Kloppla bağlı qərarlı görünür

Dortmund “Borussiya”sı və “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp “Real”ın maraq dairəsindədir.

Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, “kral klubu” almaniyalı mütəxəssisin xidmətində maraqlı olan əsas namizədlərdən biri sayılır. Madrid təmsilçisi uzun müddətdir ki, Kloppun fəaliyyətini diqqətlə izləyir.

“Real” rəhbərliyini onun xarizması və komandaları ilə yüksək nəticələr qazanmaq bacarığı cəlb edir. Bununla belə, tərəflər arasında hələlik rəsmi danışıqlar aparılmayıb.

Kloppun son iş yeri “Liverpul” olub. Almaniyalı mütəxəssis 2024-cü ilin yayında İngiltərə klubundan ayrılıb. O, hazırda “Red Bull” şirkətinin futbol sistemində fəaliyyət göstərir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button