Benzema 4-cü oldu

“Real” İspaniya La Liqasının 20-ci turunda “Valensiya”nı məğlub edib – 4:1.

Komanda.az xəbər verir ki, sözügedən matçda dubl edən Kərim Benzema “Real”dakı qollarının sayını 301-ə çatdırıb. Fransalı hücumçu Madrid təmsilçisi tarixində 300-dən çox qol vuran 4-cü futbolçu olub.

“Real” tarixinin bombardiri 450 qolla Kriştiano Ronaldodur.