Daha 1 il “Real”da

“Real” futbolçusu Luka Modriçlə yeni müqavilə imzalamağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün “tvitter” hesabında məlumat yayıb. Məlumatda, “Real”ın Modriçlə razılaşdığı və onunla bir illik yeni sözləşmə imzalayacağı bildirilib.

Modriç 2012-ci ildən “Real”da çıxış edir. Xorvatiyalı yarımmüdafiəçinin hazırkı müqaviləsi mövsümün sonuna qədərdir.