“Real” Arbeloa ilə yollarını ayıracaq

“Real”ın baş məşqçisi Alvaro Arbeloa mövsüm başa çatdıqdan sonra klubdan ayrılacaq.

Komanda.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

İspaniyalı mütəxəssisin yayda vəzifəsini tərk edəcəyi artıq dəqiqləşib. “Kral klubu”nda ciddi yenidənqurma planlaşdırılır və dəyişikliklər təkcə baş məşqçi ilə məhdudlaşmayacaq. Arbeloa bu vəzifəyə yanvarda təyin olunmuş və istefaya göndərilən Xabi Alonsonu əvəzləmişdi.

“Real” dünən UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bayern”ə məğlub (ümumi hesabda 4:6) olaraq turnirlə vidalaşıb. Komanda La Liqada isə sona 7 tur qalmış lider “Barselona”dan 9 xal geri qalaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button