
Arbeloanın taleyi “Benfika” ilə oyundan asılıdır
“Real” rəhbərliyi baş məşqçi Alvaro Arbeloanın idarəçiliyində komandanın oyunundan narazıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubunun UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya qarşı cavab oyunu ispaniyalı mütəxəssisin gələcəyini müəyyən edə bilər. Komanda uğursuz çıxış edərsə, Arbeloanın istefaya göndərilməsi ehtimalı var.
“Kral klubu” La Liqanın son turunda səfərdə “Osasuna”ya 1:2 hesabı ilə uduzub.
“Real” ilk oyunda “Benfika”nı səfərdə 1:0 hesabıyla məğlub edib. Cavab oyunu fevralın 25-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



