“Real” aparıcı futbolçusu ilə müqavilə bağlayıb

“Real”ın hücumçusu Vinisius Junior artıq yayda klubu ilə yeni müqavilə imzalayıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, klub müqavilənin bağlanmasını nə vaxt rəsmən açıqlayacağına hələ qərar verməyib. Yəqin ki, “Real” eyni vaxtda üç braziliyalı ilə yeni müqavilə imzaladığını elan etmək istəyir: Vinisius, Rodriqo və Eder Militao.

Vinisius artıq yeni müqaviləyə əsasən maaş alır.

22 yaşlı braziliyalı 2018-ci ilin yayında “Real”a keçib və 2024-cü ilə qədər nəzərdə tutulan müqavilə imzalayıb. Yeni müqavilə 2027-ci ilə qədər qüvvədədir. Vinisiusun maaşı barədə məlumat verilmir.

Hücumçu bu mövsüm bütün turnirlərdə “Real”ın heyətində 17 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button