“Real”dan inamlı qələbə

Futbol üzrə İspaniya La Liqasında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.

Turun açılış matçında “Valensiya” “Valyadolid”i qəbul edib. Üç qolun qeydə alındığı matçda meydan sahibləri sevinən tərəf olublar. Madridin “Atletiko” klubu isə Viqo səfərində “Selta”nın qonağı olub. Bu görüşdə isə qalib müəyyənləşməyib.

“Betis” “Osasuna”nı doğma meydanda üç cavabsız qolla məğlub edib. Səfərdə “Xetafe” ilə qarşılaşan “Vilyarreal” da turu qələbə ilə başa vurub. “Barselona” isə Kataloniyanın digər təmsilçisi “Espanyol”u sınağa çəkib. Meydan sahibləri bu görüşdə minimal hesabla üstün olub. Sonuncu pillədə qərarlaşan “Espanyol”un isə son üç turun nəticələrindən asılı olmayaraq, La Liqanı tərk etməsi rəsmiləşib.

“Eybar” – “Leqanes” matçında qapılara qol vurulmayıb. “Malyorka” evdə “Levante”ni məğlub edib. “Atletik”in qonağı olan “Sevilya” isə turu əzmkar qələbə ilə başa vurub.

“Real Sosyedad” doğma meydanda “Qranada”ya uduzub. Lider “Real” bu turda “Alaves”i qəbul edib və inamlı qələbə sayəsində zirvədəki yerini qoruyub.

İspaniya La Liqası, 35-ci tur

7 iyul

Valensiya – Valyadolid 2:1
Qol
: M.Qomes, 30. Kanqin, 89 – V.Qarsiya, 47.

Selta – Atletiko 1:1
Qol
: Beltran, 49 – Morata, 1.

8 iyul

Betis – Osasuna 3:0
Qol
: Q.Rodriqes, 4. Alfonso, 25. Alena, 90+7.

Xetafe – Vilyarreal 1:3
Qol
: Duro, 80 – Kasorla, 66-pen; 86-pen. Pena, 90+3.

Barselona – Espanyol 1:0
Qol
: L.Suares, 56.

9 iyul

Eybar – Leqanes 0:0

Malyorka – Levante 2:0
Qol
: Kuço, 40. Kubo, 84.

Atletik – Sevilya 1:2
Qol
: Kapa, 28 – Baneqa, 70. El Haddadi, 74.

10 iyul

Real Sosyedad – Qranada 2:3
Qol
: Merino, 47. Oyarzabal, 83 – Puertas, 21. Soldado, 43. Duarte, 88.

Real – Alaves 2:0
Qol
: Benzema, 11-pen. Asensio, 50.

Bombardir: Lionel Messi (Barselona) – 22 qol.