Serxio Ramos evlənir: Sevgilisindən ilk qadağa FOTOLAR

“Real”ın və İspaniya millisinin üzvü Serxio Ramos 7 ildir münasibətdə olduğu sevgilisi Pilar Rubio ilə evlənməyə qərar verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 3 uşaqları olan cütlüyün toyu Sevilya şəhərində olacaq. Bu yaz olması planlaşdırılan toyla bağlı maraqlı məlumatlar ortaya çıxıb. Belə ki, Rubio toy günü bəzi qadağaların olacağını açıqlayıb.

Maraqlı məqamlardan biri odur ki, Ramosla Rubionun toyunun keçiriləcəyi məkana telefonla giriş qadağan ediləcək. Dəvətlilərin telefonlarının salonun girəcəyində təhlükəsiz yerdə saxlanılacağı bildirilib.

Rubio, yerli mətbuata açıqlamasında dəvətlilərin daha rahat əylənməsi üçün salonda telefondan istifadəyə icazə verilməyəcəyini deyib.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button