
Rafinyadan karyerası ilə bağlı qərar
“Barselona”nın hücumçusu Rafinya klubdakı gələcəyi ilə bağlı qərarını verib.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasını Kataloniya klubunda davam etdirməkdə maraqlı olduğunu bildirib.
Tərəflər arasındakı hazırkı müqavilənin müddəti 2028-ci ilin yayında başa çatacaq. Rafinya bu yaxınlarda kataloniyalılarla yeni müqavilə ilə bağlı ilkin danışıqlar aparıb.
29 yaşlı futbolçu bu mövsüm 30 oyunda meydana çıxıb, 19 qol vurub və 8 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



