“Rəqibin vurduğu ilk qolda ofsayd var idi” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə “Sürix”inə 3:2 hesabı ilə qalib gəldikləri Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, Qurbanov, rəqibin ilk qolunun ofsayddan vurulduğunu deyib:

“Rəqibin vurduğu ilk qolda ofsayd var idi. Ofsayda oxşadı. Oxşadı deyəndə ki, oyundankənar vəziyyət var idi (gülür)”.

“Qarabağ”la “Sürix” arasında cavab oyunu iyulun 27-də Sürixdə keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button