“Rəqibdən çəkinmədik” – Qurban Qurbanov

“Maraqlı oyun oldu. Yaxşı mübarizə və açıq oyun gördük. Futbolçularımı təbrik edirəm, çox əziyyət çəkdilər”.

Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İsveçrə “Sürix”inə 3:2 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis oyunçuların çox istəkli olduğunu deyb:

“Rəqibdən çəkinmədik və onların üzərinə getməyə çalışdıq. Həmişəki kimi, bizim azarkeşlər möhtəşəm idi. Futbolçuların yerində olmaq heç asan deyil. Şahruddin Məhəmmədəliyevin qol epizodunda səhv etdiyini deməzdim. Penalti epizoduna da dəqiq baxmaq lazımdır. Cərimə meydançasında hücumçu həmişə üstündür. Bunlar xırda səhvlərdir, aradan qaldırmaq olar. Hər oyunçumuza inamım böyükdür”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button