Rəsmi: “Bayıl Arena”nın adı dəyişdirildi

“Səbail” futbol klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilib.

Komanda.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, stadion bundan sonra “ASCO Arena” adlanacaq. Bununla bağlı “Səbail” klubu, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq müqavilə bağlanılıb.

Razılaşma ilkin olaraq iki il müddətini əhatə edəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button