
Qvardiolanın qızından emosional paylaşım
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın qızı Maria Qvardiola atasının “şəhərlilər”də keçirdiyi onillik dövrə həsr olunan bir sıra videolar paylaşıb.
İspaniyalı mütəxəssis yaxın zamanda “Mançester Siti”nin baş məşqçi postundan ayrılacağını rəsmən açıqlayıb. Onun “şəhərlilər”in ev oyunlarını keçirdiyi “Etihad” stadionundakı son matçı “Aston Villa” ilə qarşılaşma olacaq.
Qvardiola “Mançester Siti” ilə birlikdə ümumilikdə 17 titul qazanıb və klub tarixinin ən uğurlu məşqçilərindən birinə çevrilib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Marianın paylaşdığı videolarda komandanın müxtəlif çempionluq anları əks olunub. Xüsusilə, 2022/23 mövsümündə “Mançester Siti”nin UEFA Çempionlar Liqası, İngiltərə Premyer Liqası və ölkə kubokunu qazanaraq trebl etməsi ilə bağlı görüntülər diqqət çəkib.
Videolardan birində futbolçuların gecə klubunda çempionluğu qeyd edərkən Pep Qvardiolanın ağzına birbaşa butulkadan spirtli içki tökdüyü anlar da yer alıb.
Bizi Facebook-da izləyin



