
Qvardiola onun satışına icazə verməyəcək
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola braziliyalı vinger Savio Moreyra de Oliviranin yayda komandadan ayrılmasına icazə vermək niyyətində deyil.
Komanda.az “Football Insider”-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçu ilə “Tottenhem” da daxil olmaqla Premyer Liqanın bir neçə klubu maraqlanır. Ancaq Qvardiola onun gələcək mövsümdə komanda üçün vacib rol oynayacağını düşünür və satışını “bloklayıb”.
Savio cari mövsümdə bütün turnirlərdə 30 oyunda iştirak edib, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



