
Qurban Qurbanovun mətbuat konfransının vaxtı bilindi
UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Ayaks” (Niderland) matçından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları məlum olub.
Komanda.az xəbər verir ki, Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı dekabrın 9-da, saat 17:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Saat 18:15-də isə media nümayəndələri üçün açıq məşq (ilk 15 dəqiqə) keçiriləcək.
Qonaq komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) saat 14:00-da “Neftçi” Futbol Mərkəzində, baş məşqçi Fred Qrimin mətbuat konfransı isə 16:15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Dekabrın 10-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” oyunu saat 21:45-də başlayacaq.
Bizi Facebook-da izləyin



