Qrizmann MLS klubuna keçə bilər

“Atletiko”nun hücumçusu Antuan Qrizmann karyerasını ABŞ-da davam etdirə bilər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı futbolçunun “Orlando Siti” ilə danışıqları artıq irəliləmiş mərhələyə çatıb.

MLS təmsilçisinin baş meneceri və idman direktoru Rikardo Moreyra transfer üzərində işləmək üçün bir neçə dəfə İspaniyaya səfər edib. Klub hücumçunu martın 26-dək heyətinə qatmaq istəyir. Həmin tarix “Major Liqa Sokker”-də transfer pəncərəsinin bağlandığı gündür. Transfer baş tutacağı halda, Qrizmann komandada maaş limiti qaydalarına tabe olmayan xüsusi statuslu futbolçu kimi qeydiyyatdan keçə bilər.

34 yaşlı forvardın Madrid klubu ilə müqaviləsinin müddəti 30 iyun 2027-ci ilə qədərdir. O, Avropada yay transfer pəncərəsi açılmadan “Atletiko”nu tərk etməyi planlaşdırmır. Həmçinin, hazırda “Orlando Siti” ilə Madrid təmsilçisi arasında rəsmi danışıqların aparılmadığı bildirilir.

Qrizmannla MLS-dən daha üç klub maraqlansa da, onu transfer etmək üçün prioritet hüquq məhz “Orlando Siti”yə məxsusdur. O, cari mövsümdə La Liqa çərçivəsində keçirdiyi 22 oyunda 6 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button