
Qrim: “Qarabağ”la qarşılaşmanı səbirsizliklə gözləyirik”
“Qarabağ” sabah UEFA Çempionlar Liqasının 6-cı turu çərçivəsində Bakıda “Ayaks”la qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Niderland klubunda baş məşqçi səlahiyyətlərini icra edən Fred Qrim oyundan əvvəl mətbuat konfransında iştirak edib.
60 yaşlı mütəxəssis oyunla bağlı belə deyib:
“Klubdakı insanlar bizə dəstək olur. Bu da bizə ümid verir. Səyahətimiz yaxşı keçib. Azarkeşlərimiz bura gəldiyi üçün xoşbəxtik. “Qarabağ” çox yaxşı komandadır, onların oyunlarını izləmişəm. Oyunçuları texniki cəhətdən yaxşıdır. Sabahkı matç bizim üçün vacibdir. Bu qarşılaşmanı səbirsizliklə gözləyirik.
Bizim xalımız yoxdur. Amma çox istəyərdik ki, sabah “Qarabağ”la oyunda xal qazanaq.
Hazırda danışmaq çətindir. Bu turnirdə xalsız qalmaq pisdir. Biz də növbəti mərhələyə vəsiqə qazanmaq istəyirdik. Sabah xal qazanmaq niyyətindəyik. Yeddi xalı olan rəqibə qarşı oynayacağıq. Meydanda əlimizdən gələni edəcəyik. Bu görüş bizim üçün çox önəmlidir. Rəqibin oyunlarını izləmişik, təhlil etmişik. Balanslı və böyümüş komandadır. Hücumlara sürətli çıxırlar. Buna qarşı planlarımız var. Hətta, onlar yaxşı müdafiə olunurlar və ağıllı oynayırlar. Nəticəni sabah birlikdə görəcəyik”.
Baş məşqçi, Vut Veqhorstun sabahkı matçda iştirak etməməsi haqda da danışıb:
“Biz Vut haqda dəfələrlə danışmışıq. Zədəsi çox ciddidir. Qış fasiləsindən öncə belə olması üzücüdür. Amma indi biz Kasper Dolberq haqda düşünürük. O da çox oynayıb. Heç bir problem yoxdur. Bütün oyunçuları kfayət qədər nəzərə almışıq. Müəyyən işlər görürük. Hər futbolçunun neçə dəqiqə oynaya biləcəyi haqda danışırıq. “Ayaks”ın inkişafını düşünürük”.
“Qarabağ” – “Ayaks” matçı dekabrın 10-da, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Nəzrin
Bizi Facebook-da izləyin



