Qrant müsabiqəsinin qalibləri bəlli oldu

AFFA-nın elan etdiyi kütləvi futbol layihələri üzrə qrant müsabiqəsi başa çatıb.

Komanda.az xəbər verir ki, müsabiqəyə 52 layihə təqdim olunub.

Müxtəlif seleksiya mərhələrindən sonra qaliblər müəyyənləşib.
Bu gün müsabiqədə qalib gələn layihələrin müəllifləri AFFA-ya dəvət olunub. İcraçı vitse-prezident Elxan Məmmədov rəmzi çekləri qaliblərə təqdim edib.

Kütləvi futbol layihələri üzrə qrant müsabiqəsinin qalibləri:

1-ci yer – Tural İsaqov (Sirius FC), “Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün mini futbol turniri” (5000 AZN)
Xüsusi qayğıya ehtiyacı olan (autizm və daun sindromlu) uşaqlardan ibarət mini futbol çempionatının təşkili.

2-ci yer – Samir Musayev, “Zəfər turniri” (3000 AZN)
Ceyranbatan qəsəbəsində “Zəfər turniri”nin keçirilməsi.

3-cü yer – Saleh Sani, “GOAL+ SuperCup” (1500 AZN)
Məktəblərarası futbol turniri və onun daxilində məktəblilər üçün əyləncə və networking proqramlarının təşkili.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button