Yeni transferdən Flik haqda açıqlama

“Nyukasl”dan “Barselona”ya transfer olunan hücumçu Entoni Qordon yeni komandasının baş məşqçisi Hans-Diter Flik barədə fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu mətbuat konfransında çıxışı zamanı alman mütəxəssislə ilk görüşündən razı qaldığını bildirib:

“Fliklə söhbətdən sonra özümü çox yaxşı hiss etdim. O, komanda ilə necə işləməyi bilən xoş insan təsiri bağışladı. Qısa müddətdə “Barselona”da əldə etdiyi nəticələr heyranedicidir. Klubla böyük uğurlara imza atıb”.

Daha əvvəl tərəflər arasında imzalanan müqavilənin beş il müddətinə nəzərdə tutulduğu açıqlanmışdı.

Qordon ötən mövsüm İngiltərə Premyer Liqasında 26 oyunda meydana çıxıb, 6 qol vurub və 2 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button