“Xulian Alvaresi əvəz etmək mümkün deyil”

“Atletiko”nun sabiq futbolçusu Dieqo Qodin, Xulian Alvaresin Madrid klubundakı gələcəyi ilə bağlı danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, argentinalı futbolçunun komandada qalmasının vacib olduğunu bildirib:

“Fernando Torresin dediyi kimi, sadəcə “Atletiko”da oynamaq kifayət deyil, burada oynamaq üçün istəmək lazımdır. Ümid edirəm ki, o, qalacaq. Alvares fantastik oyunçudur və hazırda onun səviyyəsində başqa futbolçu yoxdur. Onu münasib qiymətə əvəz etmək mümkün deyil”.

Transfer xəbərlərinə görə, “Barselona” forvardla yaxından maraqlanır. Lakin “Atletiko” onu buraxmaq niyyətində deyil. Futbolçu ilə Kataloniya klubundan başqa, “Real”, PSJ və “Arsenal”ın da maraqlandığı iddia olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button