Qavi Çempionlar Liqasındakı uğursuzluq haqda danışdı

“Barselona”nın yarımmüdafiəçisi Qavi komandanın UEFA Çempionlar Liqasındakı uğursuzluqları ilə bağlı sualı cavablandırıb. Kataloniya klubu 2015-ci ildən bəri bu turniri qazana bilmir. Komanda bu mövsüm isə 1/4 finalda “Atletiko”ya məğlub olub.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, ispaniyalı futbolçu bunu söyləyib:

“Çempionlar Liqasında çox şey kiçik detallardan asılıdır və təcrübə əlbəttə ki, çox vacibdir. Bizim gənc komandamız var. Məsələn, mənim cəmi 21 yaşım var, amma iki dəfə La Liqanı qazanmışam. Əlbəttə ki, mənim də üzərində çalışmalı olduğum şeylər var və eyni şeyi komanda yoldaşlarım haqqında da demək olar, onlar da çox gəncdirlər. Biz inkişaf etməyə davam edəcəyik və bu, mütləq nəticə verəcək”.

Bu mövsüm Çempionlar Liqasının final oyunu “Arsenal” və PSJ arasında, mayın 30-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button