Qattuzodan Xaviyə cavab: “Yəqin mən başqa oyuna baxmışam”

“Valensiya”nın baş məşqçisi Cennaro Qattuzo İspaniya çempionatının 12-ci turunda “Barselona”ya uduzduqları oyunu (0:1) şərh edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis, rəqibin baş məşqçisi Xavinin “Barselona”nın oyunda “Valensiya”dan üstün olması haqda fikrinin düzgün olmadığını bildirib:

“Xaviyə hörmət edirəm, o, əla məşqçidir, onun futbol fəlsəfəsini bəyənirəm. Amma o deyirsə ki, “Barselona” “Valensiya”dan üstün idi, o zaman mən fərqli fikirdəyəm. Düşünürəm ki, yəqin mən başqa oyuna baxmışam. İlk hissədə çox risk etdik və mən “Barselona”nın təhlükəli epizodlarını ümumiyyətlə xatırlamıram”.

“Barsa” 31 xalla La Liqanın turnir cədvəlində birinci yerdədir. “Valensiya” 15 xalla 10-cudur. İkinci yerdə bir oyun az keçirən “Real” (31) qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button