Qasperini: “Roma” ilə matçda bunu etdik”

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini İtaliya A Seriyasının 31-ci turunun “Roma” ilə görüşünü (1:3) şərh edib.

Komanda.az DAZN-a istinadən xəbər verir ki, o, rəqibin çox güclü olduğunu bildirib:

“Atalanta”nın fiziki durumu heç vaxt pis olmayıb. “Roma” ilə oyunda yaxşı nəticə əldə etmək üçün gözəl oyun sərgiləmək lazım idi. Biz özümüzü buna hazır hiss edirdik.

Hər bir qarşılaşma unikaldır. Bütün komponentlərdə yaxşı oynamalıyıq. “Roma” ilə matçda bunu etdik. Çünki rəqibimiz çox güclü idi”.

“Atalanta” hazırda İtaliya çempionatının turnir cədvəlində 52 xalla yeddinci, paytaxt təmsilçisi isə 56 xalla beşinci pillədə yer alır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button