“Çelsi” qışda iki futbolçu ilə yollarını ayıra bilər

“Çelsi” qış transfer pəncərəsində iki müdafiəçi ilə yollarını ayıra bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Tuttomercatoweb” məlumat yayıb.

19 yaşlı müdafiəçi Coş Açimponq “Fiorentina”nın maraq dairəsinə düşüb. “Bənövşəyilər” onu mövsümün sonuna qədər icarəyə götürmək və daha sonra satınalma hüququ ilə transferi rəsmiləşdirmək niyyətindədir.

Bundan əlavə, “Fiorentina” oyun praktikası çatışmayan Aksel Disasiyə də maraq göstərir. Fransalı müdafiəçi hazırda “Çelsi”də əsas heyətdə sabit yer qazana bilmir.

“Çelsi” hazırda İngiltərə Premyer Liqasının 11 turundan sonra 20 xal toplayaraq, turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda UEFA Çempionlar Liqasının 4-cü turunda Bakıda “Qarabağ”la qarşılaşıb – 2:2.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button