
“Qarabağ”ın potensial rəqiblərinin duelində heç-heçə
“Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki potensial rəqibləri – Bolqarıstanın “Ludoqorets” və Macarıstanın “Ferentsvaroş” komandaları üz-üzə gəliblər.
Komanda.az xəbər verir ki, Razqrad şəhərində keçirilən ilk oyunda hesab açılmayıb.
“Qarabağ” Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı mübarizədən kənarlaşdırarsa, bu cütün qalibi ilə üz-üzə gələcək. Çempionlar Liqasında mübarizəni dayandıracağı təqdirdə isə yoluna Avropa Liqasında davam edəcək və sözügedən cütün məğlubu ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



