“Qarabağ”ın oyunlarının təqvimi bəlli oldu

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki oyunlarının təqvimi müəyyənləşib.

Komanda.az xəbər verir ki, A qrupunda yer alan Azərbaycan çempionu ilk matçını doğma meydanda Avroliqanın ən titullu komandası “Sevilya”ya qarşı keçirəcək.

İkinci turda “Düdelanj”ın qonağı olacaq Ağdam klubu, 3 və 4-cü turlarda elə bu mövsüm təsnifat mərhələsində üz-üzə gəldiyi Kipr APOEL-i ilə qarşılaşacaq. Qurban Qurbanovun yetirmələri son turda doğma meydanda “Düdelanj”la üz-üzə gələcək.

A qrupunun təqvimini təqdim edirik:

Avropa Liqası
A qrupu

19 sentyabr

20:55. Qarabağ – Sevilya
20:55. APOEL – Düdelanj

3 oktyabr

23:00. Düdelanj – Qarabağ
23:00. Sevilya – APOEL

24 oktyabr

20:55. Qarabağ – APOEL
23:00. Sevilya – Düdelanj

7 noyabr

20:55. APOEL – Qarabağ
20:55. Düdelanj – Sevilya

28 noyabr

23:00. Düdelanj – APOEL
23:00. Sevilya – Qarabağ

12 dekabr

20:55. Qarabağ – Düdelanj
20:55. APOEL – Sevilya

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button